Goranboyun Qızılhacılı sakini, iki ali təhsilli Neman müəllim içsizdir, başçı təhsil müdirinə tapşırıq versə də...

Oxunub: 901

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, sabiq müəllim Eminov Neman Bayram oğlu Goranboy rayon Təhsil Şöbəsindəki qanunsuzuqlarla bağlı  Prezident İlham Əliyevə, (surəti) Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban Əliyevaya, (surəti)Təhsil naziri Emin Əmrullayevə və (surəti) KİV rəhbərlərinə müraciət edib, müraciətin bir surətini də redaksiyamıza göndərib. Müraciəti olduğu kimi sizlərə təqdim edirik.

Nəzərinizə çatdırıram ki, " SİFARİŞİN", ədalətsizliyin qurbanı olaraq 2019-cu ilin mart ayında HƏBS etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxıldım. Azadlığa buraxıldıqdan sonra 2021-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında dəfələrlə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevə məni qəbul etməsi barəsində müraciətlər etsəm də, məni qəbul etmirdi.
 Möhtərəm Cənab Prezidentə, çox hörmətli 1-ci vitse prezidentə, Ombudsman xanım Səbinə Əliyevaya etdiyim müraciətlərimdən sonra nəhayətki, 16.09.2021-ci il tarixində Cənab Başçının Goranboy RİH-nin inzibati binasında qəbulunda oldum. İki ali təhsilimin olduğunu, həbsdən azadlığa buraxılaraq cəmiyyətimizə adaptasiya olmaq istəyimi, ailəmin maddi durumunun çox zəif olmasını, anamın qeydiyyatda olan şəkərli diabet xəstəsi olmağını, işləməməsini, atamın yaşlı olmasını və heç bir yerdə işləməməsini Cənab Başçının diqqətinə çatdırdım. Mənə bildirdi ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarova səni bir işlə təmin etməsinə köməklik göstərməsini tapşıracam. Bildirdim ki, Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdür təyin olunub. Mən Seymur Nazarovun bir neçə dəfə məni işlə təmin etməsi ilə bağlı qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək arxayın edirdi. Hətta vatsap nömrəsi ilə mənim vatsap nömrəmə sənə iş verəcəm sözlərini də yazıb göndərib Seymur Nazarov. 

 Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə qəbul etmir, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldatmışdır. Bu azmış kimi, Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev də məni aldatdı. 
Seymur Nazarova qəbulunda olarkən və şəxsi vatsap nömrəsinə yazılı olaraq bildirdim ki, həbsdən buraxılmışam, ailəmizdə işləyən yoxdur, çətinlikdəyəm xahiş edirəm mənə köməklik elə işlə təmin olunum. Hər dəfə mənə bildirirdi ki, narahat olma, sənə iş verəcəm. Hətta onu da mənə demişdir ki, biz bir kəntdənik, kəntdçiyik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm işlə.Hətta mənə tapşırıq verdi ki, " iş axtaran " vətəndaş kimi Goranboy rayon Məşğulluq mərkəzinə yaxınlaş qeydiyyata alsınlar səni. Getdim Goranboy rayon Məşğulluq mərkəzinə. 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Mən Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini heçvaxt istəmərəm. Ona görəki, müəllim vəzifəsinə işə qəbul Təhsil nazirliyinin təşkil etdiyi  " Müəllimlərin İşə Qəbulu" qaydası var, mən bu qaydaları bilirəm. Mən Seymur Nazarovdan ştat işi istəyirdim.

Seymur Nazarov məni bu yalanları ilə aldadaraq bu günə kimi hislərimlə oynayır. 36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən bir manat almağa xəcalət çəkirəm, işsizlik məni sıxır, Seymur Nazarov tərəfindən aldanıldığım mənə çox pis təsir edir, belə bir vəzifəli şəxsin hərəkətləri məni İNTİHAR etmə həddinə gətirib çıxarıb, artıq mən yaşamaq istəmirəm. Mən yaşlı, xəstə, heç bir yerdə işləməyən valideynlərimə maddi, mənəvi dəstək göstərməliyəm, onlardan bir manat almalı deyiləm, bir manatı mən onlara verməliyəm.
  QEYD:  Goranboy RTŞ-nin müdürü Seymur Nazarovla bağlı  orta məktəblərdə vaxtı ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün bir neçə cəza növü ilə cəzalandırılan direktorları, direktor müavinlərini yüksək vəzifələrə təyin etdiyi üçün və bəzi orta məktəblərdə kadr sahəsində olan saxtakarlıqların qarşısını almadığına görə 20-21-22.09.2021-ci il tarixlərində bir neçə dəyərli saytlar vasitəsilə aidiyyatı qurumlara müraciətlər etmişəm, hələki, etdiyim müraciətlərimə baxılmır.
 Çox hörmətli CƏNAB Prezidentim, dəyərli HÜQUQ-MÜHAFİZƏ orqan əməkdaşları, hörmətli rəhbərləri, mənim İNTİHAR etməyimə səbəbkar vəzifəli şəxs, Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Fazil oğlu Nazarovdu. 
 İnanıram ki, bu vəzifəli şəxs barəsində tədbir görüləcək mənim o dünyada heç olmasa pozulmuş hüquqlarım bərpa olunacaq, ruhum rahatlıq tapacaq.

 Şikayət məktubunda, müraciətdə adları keçən şəxslərin də mövqeyini dərc edə bilərik.

Xəbər lenti
Çox oxunanlar