Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

"AstraZeneca" 500 milyon avro cərimə oluna bilər

06:45:28 | 2021-06-19

Sizin reklam burda ola biler...

Brüsseldə məhkəmə "AstraZeneca" əczaçılıq şirkətinin Avropa İttifaqına 50 milyon doza vaksin tədarük etməsi barədə hökm çıxarıb.

Modern.az-ın məlumatına görə, şirkət qeyd olunan həcmdə vaksini sentyabrın 27-dək təhvil verməlidir.

Qərarın icra olunmayacağı təqdirdə, "AstraZeneca" 500 milyon avroyadək cərimə ödəməli olacaq.

Qayda pozulacağı təqdirdə cərimə hər vaksin dozası üçün 10 avroya bərabər olacaq.

Brüssel məhkəməsi "AstraZeneca"nın vaksinlərin paylanması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirib.




Digər Xəbərlər