Test

Sizin reklam burda ola biler...

 

 Sizin reklam burda..

Aslan İsmayılov: “Fələstinin tərəfində olmaq Azərbaycana xəyanətdir” demirəm, ən azından nankorluqdur

13:38:27 | 2021-05-12

Sizin reklam burda ola biler...

“44 günlük müharibə dövrü ağzına su alıb susanlar, gedişatı gözləyənlər bu gün özlərinə əl qatıblar, təhqirlər yağdırırlar. Özünü İslam dəyərlərinə sadiq sayan kəs söyüş, təhqir yağdırmaz, razılaşmadığı fikrə əxlaq çərçivəsində etirazını bildirər. Bir balaca vicdanınız, ağlınız varsa, bir daha 44 günlük Vətən Müharibəsini yada salın. O günlər bizim balalarımız müharibədə can verirdilər. Elə həmin günlər bu gün Fələstini qızışdırıb İsrailin üstünə salan, müsəlman Yəməni viran qoyan İran Rusiya ilə birgə ermənilərə bizim balalarımızı öldürmək üçün silah daşıyırdı. Ancaq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın fədakarlığı nəticəsində bunun qarşısı qismən də olsa alındı. Bu gün də İran Rusiya ilə Ermənistanın tərəfindədir, onu bizə qarşı revanşa hazırlayırlar. Torpaqlarımızın tam azad olunmasının qarşısını da məhz Rusiya İranla birgə aldı. Müharibə dövrü İran bir dəfə də olsun bizə nəinki yardım etmədi, əksinə ikibaşlı bəyanatlar verməklə Ermənistanın tərəfini saxladı. Məhz buna görə də Ermənistan elə bu günlər də İrana minnətdarlığını bildirir. Bunu bilməyənlər, eşitməyənlər girsinlər Ermənistan xəbər portallarına və bu gün də həmin təşəkkürlərin davam etdiyini görsünlər. Müharibə dövrü Azərbaycanda yaranmış milli birliyimizi də pozmağa çalışan, əhali arasında çaşqınlıq yaratmaq istəyən də İran və Rusiya idi. Biri talış, digəri ləzgi bacı-qardaşlarımızın müharibədəki fədakarlığından qarın ağrısına düşmüşdü. Müharibə dövrü təbliğat savaşında yəhudilər isə daim yanımızda oldu, bütün dünyada, siyasi arenalarda bacardıqları dəstəyi göstərdilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Müharibə ətrafında gedən prosesləri məni qədər çox az insan bilirdi. Şəxsən məndən bir neçə İsrail TV-ləri müsahibələr aldı. Qonşu xristian dövləti olan Gürcüstan TV-ləri, uzaqda olan, yenə xristian dövləti Ukrayna TV-ləri də müsahibə aldılar. Bu günə qədər daim məndən fikir soruşmağa can atan İran KİV-lərindən isə səs çıxmadı. Əksinə, müharibədə bir balaca problem yaranan kimi İran cəfakeşləri ölkə içində təxribat yaratmaq istədilər, müharibə bitən kimi mənim səhifələrimə hücüm etdilər. Əminəm ki, Azərbaycan dövləti burada yazdıqlarımdan dəfələrlə çoxunu bilir, ancaq vəziyyət ilə bağlı bu gün susmağa üstünlük verirlər və düzgün edirlər. Axı bizim də başımız olmalı, baş verənləri bəzi cəsusların, düşmənlərin, cahillərin yaydıqlarından yox, öz başımız, təhlilimiz hesabına aydınlaşdırmalıyıq. Bir daha təkrar edirəm ki, bunun üçün ən azından Ermənistan mətbuatını izləməliyik. Bu gün Ermənistan vətəndaşlarının İran-Fələstin birləşməsinin daim onların yanında olmalarına, Vətən müharibəsi dövrü İsrail bayraqlarını yandırmalarına baxmayaraq bu münaqişəyə laqeyd olmalarına rəğmən bizim bəzi vətəndaşlarımız özlərinə əl qatıblar. Müharibədən sonrakı dövrü də izləsəniz görərsiniz ki, Ermənistana ən çox səyahət edən, onlara ürək-dirək verən də məhz İran və ərəb dövlətləri rəsmiləri olmuşdu. İsrail isə bu dövrlər bizim müharibədə xəsarət alan qazilərimizə kömək üçün Azərbaycana həkimlər göndərdi, onların müalicəsi ilə məşğul oldu və bu gün də tibbi ləvazimatlar, dərmanlar göndərirlər, əllərindən gələni edirlər. Ermənistan Gəncəni vurandan sonra İsrail səfiri ora getdi, oradan xarici mətbuata müsahibələr verdi. Nədənsə eyni mövqeni bəzi din qardaşlarımızdan görmədik. Buna əmin olmaq üçün girin İsrail və İran, ərəb dövlətlərinin səfirlərinin səhifələrinə, özünüz yoxlayın. Belə bir vəziyyətdə Fələstin tərəfində olub canfəşanlıq etmək Azərbaycana xəyanətdir demirəm, ən azından nankorluqdur. Heç olmasa fikir bildirməyin. Məni İslam düşməni kimi qələmə verənlərə isə demək istəyirəm ki, heç vaxt Türkiyə və Pakistan kimi həqiqi müsəlman qardaşlarımızı saxta din qardaşlarımızla eyniləşdirməmişəm. Gəlin, heç olmada inanc məsələsində səmimi olaq. Mənim dövlətlərə münasibətim dilindən, dinindən asılı olmayaraq vətənimin dar günündə sərgilədiyi mövqeyə əsaslanır!” – A.İsmayılov qeyd edib.

Sizin reklam burda ola biler...

 



ETİKET :  

Digər Xəbərlər