Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

ABŞ bu ölkəyə ayırdığı 100 milyonluq hərbi yardımı təxirə saldı

06:22:56 | 2021-06-19

Sizin reklam burda ola biler...

Ağ Evin Rusiyanın sərhədə əsgər yığmasından sonra Ukraynaya 100 milyon dollar dəyərində hərbi yardım hazırladığı, ancaq Bayden və Putin arasındakı Zirvə görüşündən öncə bu paketin dondurulduğu iddia edilib.

Oxuinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, yardımın ayrılması qərarı apreldə verilib.

Ancaq ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında görüşün keçirilməsi qərarından sonra Rusiyanın Ukrayna sərhədindəki hərbçilərini azaltması səbəbindən belə bir addım atıldığını bildirən mənbələr bu paketin hələ də masada olduğunu, hər an Ukraynaya göndərilə biləcəyini söyləyib.

Sözügedən yardım paketinin içində qısamənzilli hava müdafiə sistemləri, kiçik silahlar, tank əleyhinə silahların yer aldığı qeyd edilib.




Digər Xəbərlər