Dünyaya yeni ”Super qrip” yayılıb – ƏLAMƏTLƏRİ

Oxunub: 221

Dünyada yeni qrip növü sürətlə yayılmağa başlayıb.

APA TV xəbər verir ki, “Super qrip” adı verilən bu qrip növündən əziyyət çəkənlər qaymorit və döş qəfəsində infeksiyalar, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi kimi simptomlarla qarşılaşırlar.
PCR testi mənfi olsa da, COVID-19-a bənzər simptomlarla müşahidə edilən və günlərlə davam edən "super qrip” bütün dünyada yayılmağa davam edir.

Xəstəliyin ilk rast gəlindiyi İngiltərə vətəndaşı olan Jules Kelly adlı xəstə The Telegraph-a açıqlamasında bildirib ki, qrip boğaz ağrısı və dəhşətli qaymorit ağrısı ilə başlayıb. Həkimlər Kellinin COVID-19-a yoluxmuş ola biləcəyini düşünüb, lakin hər üç testi mənfi çıxıb.

Terapevt Ayan Ağayevanın sözlərinə görə, soyuq havalar zamanı bu cür mövsümü qriplərin yaranması təbii haldır. Lakin “super qrip”in COVID-19 virusu ilə müqayisədə bir sıra fərqləri var: ”Havalar soyuduğu üçün, mövsüm qripi var. “Sentivirus” o xəstəliyi yaradır. Ürəkbulanma, hərarət ola bilər, yalnız bu virusun fəsadı, COVID-19 qədər qorxulu deyil. Fəsadları da faizlə nisbətən koronavirus qədər deyil”.

Ayan Ağayeva deyir ki, “super qrip” keçirən şəxs bunun koronavirus olmasını özü yəqin edə bilməz. Xəstələnən şəxs isə həkim məsləhəti olmadan sistem və ya hər hansı dərmanları qəbul etməsi, daha çox ağırlaşmalara gətirib çıxara bilər: ”İndi mövsümü qriplər həddindən artıq çoxdur. Qriplə bağlı hər hansı bir narahatçılıq yaşayan şəxslər həkimə müraciət etmələri tövsiyə olunur. Çünki həkim yalnız anlaya bilər ki, bu qrip, yoxsa koronavirusdur”.
Qeyd edək ki, Cardiff Universitetinin Soyuq Mərkəzinin keçmiş direktoru Prof. Dr. Ronald Ekkls bildirib ki, hazırda dövriyyədə olan "super qrip”
tənəffüs sinsitial virusunun (RSV) nəticəsidir. Qrip və soyuqdəymə kimi şikayətlərə səbəb olsa da, müalicəsi gecikdikdə ağciyərləri sıradan çıxarır.

]

Xəbər lenti
Çox oxunanlar