İmişli sakinidən prezidentə açıq məktub

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə

Sürəti: Azərbaycan respublikasının vitse prezdenti xanım Mehriban Əliyevaya

                          

Hörmətli cənab prezident ilk öncə apardığınız uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunmasında misilsiz xidmətlərinizə görə icazə verin əvvəlcədən sizə öz dərin minnətdarlığımı bildirim. Azərbaycanin Dilbər guşələri olan Fizulimiz, Cəbrayilimiz , Kəlbəcərimiz Qubadlimiz və Qarabağın incisi olan Şuşamizi və digər rayonlarimizi bir daha görməyi bizə nəsib etdiyiniz üçün yaşadığım İmişli rayonunun sakinləri adından sizə təşəkkür edirəm. Amma cənab prezident əfsuslar olsun ki, İmişli rayonunda bəzi məmurlar sizin bu qələbənizə öz addımları ilə kölgə salmağa çalışırlar, və qələbə sevincimizi bu kimi addımları ilə unutdurmağa çalışırlar. Qeyd etmək istəyirəm ki, yaşadığım İmişli rayonunda özümə torpaq sahəsi alaraq ailəmin yaşayışını təmin etmək üçün ev tikmişəm, Amma “Azərişıq” ASC- nin İmişli reqional idarəsi tikdiyim, evə baxmayaraq ki, bütün köçürülməli olan dövlət rüsumunu köcursəmdə evimə işığ sayğacıni quraşdirilmasindan imtina edir, səbəb isə ərazidən yüksək gərginlikli xəttin keçməsini bəhanə edir. Amma maraqlısı budur ki, “Azərişğin” öz əməkdaşinin evi həmən ərazidə yerləşir, onun evinə işığı sayğacı ilə təmin olunur. Sual yaranır bu necə olur, çünki adı çəkilən “Azərişiğ”- n əməkdaşı yüksək gərginlikli xəttin öz tikdiyi evinin ərazisindən ləğv etdirərək istiqamətini dəyişərək, bizim tikdiyimiz evin arxa hissəsindən keçirmişdir, və bunun nəticəsində biz məcburən yüksək gərginlikli xətlərin əhatəsində qalmalı olmuşuq.Daha marağlısi budur ki, həmən yaşayış ərazisində adı keçən yüksək gərginlikli xəttin altında yerləşən evlərə sayğac quraşdırılmışdır. Bütün bu problemlərlə üz-üzə qaldığımı görüb rayonumuzda yerləşən regional işığ idarəsinin rəhbəri ilə görüşdüm, eşitdiklərim məni dəhşətə gətirdi , o boyda ev tikmisən 1000 1500 manat ver işini düzəltsinlər deməsi məni sizə bu məktubu yazmağı məcbur etdi, adam məni rəsmən rüşvət verməyə səsləyirdi .Görünən odur ki, televiziya, keçirdiyiniz görüşlər, zamanı korrupsiyaya qarşı söylədiyiniz fikirlər bu məmur üçün əhəmiyyətsizdir. Çox xahiş edirəm ki, bu məsələni nəzarətə götürülməsinə tapşırığ verəsiniz. Hal hazırda kirayədə yaşayıram işığla təmin olunmadığım üçün evimə köçə bilmirəm. Umudum sizədir cənab prezident.

İmişli rayon sakini Məmmədov Zaur Tofiq oğlu

Əlaqə:050 3050015

                              

96240cookie-checkİmişli sakinidən prezidentə açıq məktub