Deputatın nümayəndəsi Qazimiz ilə görüşdü

Oxuinfo.az xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunda 2 ci Qarabağ Müharibəsi Qaziləri yad edilib.

Görüşdə Millət Vəklinin köməkçisi Elçin Cahangirov, Qarabağ Müharibəsi,əlilləri,veteranları və Şəhid ailələri ictimai birliyinin Goranboy rayon filialının rəhbəri Orxan Əliyev , Çernobıl əlilləri cəmiyyətinin sədri Namiq Məmmədov və rayon ziyalısı Yaşa müəllim iştirak etmişdir.

Goranboy rayon Qazanbulaq qəsəbə sakini baş-leytenant Avazov İlqar Vüqar oğlunun səhhəti ilə maraqlanan Millət Vəklinin köməkçisi Elçin Cahangirov ilk öncə gedən döyüşlərdə mərdlik və cəsarət göstərdiklərinə görə Qəhrəman Goranboyluları Anar Məmmədovun adından təbrik etmişdir. Bu Qələbə həm Azərbaycanın həmdə ki, Türk dünyasının Qələbəsi olduğunu vurğulayan E. Cahangirov Ali Baş Komandanımız İlham Əliyev cənablarına və sarsılmaz Müzəffər Azərbaycan Ordusuna minnətdarlığını bildirdi.

Biz hərzama sizin yanınızdayıq və daxili imkanlarımız hesabına sizi narahat edən problemlərin həlli yolunda çalışırıq. Bu tapşırıq birbaşa Millət Vəkili Anar Məmmədovun göstərişidir.

İlqar Vüqar oğlu Avazov N saylı hərbi hissələrin birində xidmət göstərir. Su qovusan istiqamətində gedən döyüşlərdə baş nahiyyəsinin sağ tərəfindən yaralanmısdır. İlqar hosbitalda müalicəsini aldıqdan sonra həkimlərin icazəsi ilə ev şəraitində müalicəsini davam etdirmisdir. Gedən döyüşlərdə Azərbaycan Ordusunun hünərindən söhbət açan İlqarı dinləmək olduqca qürurverici bir hiss idi. İgidlərimizin cəsurluğu düşmən mövqelərinə sərbəst zərbələrin endirilməsi onların geri çəkilməklərini,postlarını və silah-sursatlarını qoyub qaçmalarıda göz önündə idi. İlqar yaralandığına baxmayaraq ürəyi yoldaşlarının yanında idi. Biz qisasımızı aldiq və düşmənə öz hünərimizi göstərdik və qalib gəldik deyə baş-leytenat vurğulamışdır.

Görüşdə iştrak edən Orxan Əliyev bütün hərbiçilərimizə borcluyuq onlar bizim Qələbəmizin əsasinı və təməlini qoydular Azərbaycan dövləti dünya ölkələrinə sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və ayrilmaz bir hissəsidir deyə bildirmisdir. Sözsüz ki, bu Qələbənin adı və tarixi Ali Baş Komandanımız İlham Əliyev cənablarının yürütdüyü siyasətlə bağlıdır. Bu gün Azərbaycanda müasir ordu quruculuğu var biz şadıq ki, Ulu Öndər Heydər Əliyevin yeganə varisi bu sevinci bizlərə yaşatdı.

İlqar Avazov ona göstərilən diqqət və qayğıya görə Millət Vəkili Anar Məmmədova sonsuz təşəkkürünü bildirmişdir. Millət Vəklinin nümayəndələrinin məni ziyarət etməkləri, problemlərim ilə maraqlanmaqları mənim üçün ikiqat sevincə səbəb oldu.Bütün seçicilər onun fəaliyyətindən razıdır. Anar Məmmədov qisa zaman ərzində rayonu və seçiciləri üçün gördüyü işlər göz önündədir. Qəsəbəmizdə suvarma suyunun yaxşılaşdırılması üçün seçicilərin müraciətini nəzərə alan Anar Məmmədov bu problemi həll etməsidə sakinlər tərəfindən alqışlanmışdır. Öz adımdan və ailə üzvülərim adından şəxsən hörmətli Anar Məmmədova sonsuz təşəkkürümü bildirirəm.

Elçin Tağıyev İctimai-fəal.

“OXUİNFO.AZ”

95550cookie-checkDeputatın nümayəndəsi Qazimiz ilə görüşdü