Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir.

Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir

Əziz dostlar!

18 oktyabr – Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.

Bu günlərdə bir daha əmin oluruq ki, Azərbaycan bundan sonra da öz müstəqilliyini daha da möhkəmləndirəcək, ölkəmiz dünyanın qüdrətli diyarlarından birinə çevriləcək və üçrəngli müqəddəs bayrağımız torpaqlarımızın hər bir qarışında iftixarla dalğalandırılacaq.

Bütün Azərbaycan xalqını bu şərəfli gün münasibətilə təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi olmasını diləyirəm.

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!
BAYRAMIMIZ MÜBARƏK! !🇦🇿🇦🇿🇦🇿

Anar Məmmədov

Milli Məclisin deputatı.

KarabakhisAzerbaijan

18Oktyabr

KarabakhisAzerbaijan

Oxuinfo.az

57010cookie-check“Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir” Anar Məmmədov

By Admin