Tramp Makronla bağlı səhvə yol verdi

18 Oktyabr 2020 by Şərh edilməmiş

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında tədbirdə çıxışı zamanı fransız həmkarı Emmanuel Makronla bağlı səhvə yol verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, o, Makronu Fransanın Baş Naziri kimi təqdim edib.

“Baş Nazir Makronu həqiqətən sevirəm, amma bir dəfə ondan vəziyyətin necə olduğunu, razılaşmanın nə yerdə qaldığını soruşdum. “Razılaşma o qədər də yaxşı deyil”,- söylədi”, – deyə Tramp Paris İqlim Razılaşmasından bəhs edərkən bildirib.

Qeyd edək ki, hazırda Fransanın Baş Naziri vəzifəsini Jan Kasteks icra edir.

Xatırladaq ki, ABŞ 2017-ci ilin avqust ayında Paris İqlim Sazişindən çıxıb. Müqavilə 2015-ci ildə imzalanıb və inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur. Müqavilə qlobal orta temperatur artımını ehtiva etmək üçün istixana tullantılarının azaldılmasını təmin edir.

56590cookie-checkTramp Makronla bağlı səhvə yol verdi