Almaniya Prezidenti karantinə getdi

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer şəxi mühafizəsinin əməkdaşlarının birində koronavirus aşkarlanması səbəbindən karantinə gedib. “Qafqazinfo” “TASS”a istinadən xəbər ki, bu barədə Almaniya Prezidentinin Dəftərxanası bildirib.

Qeyd olunub ki, yoluxan şəxs – Prezidentin mühafizəsinə cavabdeh olan Cinayət işləri üzrə Federal İdarənin komandasının əməkdaşı, “birinci dərəcəli əlaqələndirici şəxs”dir.

“Focus” nəşri xəbər verir ki, Ştaynmayerin verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi mənfi (neqativ) olub.

56540cookie-checkAlmaniya Prezidenti karantinə getdi

By Admin