“Bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq”

Xeberi Paylas

“Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan həm Ermənistan ordusunun, həm də “Artsax müdafiə ordusnun” gücləndirilməsi barədə açıqlama verib. Xüsusilə erməni müdafiə nazirinin Azərbaycan ərazisində “Artsax müdafiə ordusunun” yenidən gücləndirlməsi istiqamətində açıqlaması reallığı əks etdirir və Azərbaycan qəti addımlar atmalıdır”.

Pravda.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi faktiki olaraq bu məsələdən geri çəkilmir: “”Artsax müdafiə ordusu” adında silahlı birləşmələr faktiki olaraq Azərbaycana qarşı növbəti hərbi əməliyyatlar üçün hazırlanır. Azərbaycan iqtidarı Rusiyanın məsuliyyət zonasında ermənilərin separatçı fəaliyyətinin qarşısını alınması üçün ciddi tədbirlər görməlidir. Araik Arutyunyan, Vitali Balasanyan bu istiqmətdə ciddi fəaliyyət göstərirlər və birbaşa Kremlin planı ilə hərəkət edirlər. 10 noyabr atəşkəs Bəyannaməsində Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması üçün öhdəlik götürüb. Bu öhdəlik yerinə yetirilmir və Ermənistan müdafiə naziri burada silahlı erməni birləşmələrinin gücləndirlməsi istiqamətində açıqlamlar verərək, konkret fəaliyyətə keçir”.

O bildirib ki, Azərbaycan və Türkiyə Rusiyadan məlum Bəyannamənin 4-cü bəndində əməl edilməsini tələb etməsə, biz silahlı erməni birləşmələrinin güclü şəkildə silahlanmasının şahidi olacağıq: “Artıq, deafakto separtçılar “bayraqlarını” dalğalandırır və onlar Azərbaycanın suverenliyini qəbul etmirlər. Bundan əlavə, bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq. Artıq Qarabağ separatçılarına ciddi təzyiqlər etmək lazımdır. Rusiya ilə konkret şəkildə bu məsələnin həlli tələb edilməlidir. Regionda siyasi nizam Azərbaycanın leyhinə cavab verir. Və buradakı erməni separatçılar Rusiyanın dəstəyi ilə vəziyyəti gərginləşdirməklə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Azərbaycan Xocalı və ətraf əraziləri əməliyyat keçirməklə nəzarətə almalıdır. Çünki, bu hərbi əməliyyatlar Azərbaycanın hüquqdur. Bu gün konkret olaraq Azərbaycana qarşı Qarabağda separatizmi Rusiya körükləyir və bu 10 noyabr razılaşmalasına ziddir”.