Goranboyda Şəhidlərin xatirəsi yad edildi – FOTO

Xeberi Paylas

“Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında, rayon İcra Hakimiyyəti və Mədəniyyət şöbəsi birgə tədbir keçirdi.

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında, rayon İcra Hakimiyyəti və Mədəniyyət şöbəsi birgə tədbir keçirdi.
Tədbirdə İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Gündüz Havcıyev, Şəhid Milli Qəhrəman Niyazi Aslanovun ailə üzvləri, Qarabağ Qaziləri və ictimai fəallar iştirak etdilər.
Tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini tər gül dəstələri ilə ziyarət edərək böyük Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər.
Sonra tədbir rayon tarix diyarşunaslıq muzeyinin önündə davam etdirildi. Tədbirdə 1-ci Qarabağ savaşı Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun döyüş yolu ilə bağlı videoçarx və 2-ci Qarabağ savaşı-44 günlük şanlı Vətən müharibəsinə həsr edilmiş sənədli film nümayiş etdirildi.
Tədbirdə şıxış edən natiqlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə təbliğat xarakterli maarifləndirici söhbətlər etdilər.